Bakıda bank hesablarından pul oğurlayan şəxs saxlanıldı
01.05.2020

Bakıda bank hesablarından pul oğurlamaqda şübhəli bilinən şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin bank hesablarından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 6 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.