Bakıda avtomobil gənc oğlanı vuraraq qaçıb
07.12.2019

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Visiontv.az xəbər verir ki, qəza Kürdəxanı qəsəbəsində baş verib.

"Mercedes" markalı minik avtomobili 1993-cü il təvəllüdlü Əliyev Yasin Vaqif oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.