Bakıda avtobusla maşın toqquşdu, sərnişin öldü
12.09.2020

Pirallahı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qəza sentyabrın 10-da saat 8 radələrində qeydə alınıb.

Qəsəbə sakinləri O.Camalovun idarə etdiyi “Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.