Bakıda 4 məktəb direktoru işdən çıxarıldı
12.06.2020

2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 12 direktorun iş yeri isə dəyişdirilib.

Visiontv.az xəbər verir ki, 111 məktəb direktorunun əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.