Bakıda 30 yaşlı kişi bıçaqlanıb
04.07.2020

Bakıda 30 yaşlı kişi bıçaqlanıb.

Visiontv.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N. Ağayevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. 

Sabunçu rayon Polis İdarəsinin 15-ci il Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini,  1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.