Bakıda 15 dərəcə isti olacaq - HAVA PROQNOZU
09.03.2020

Azərbaycanda sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Visiontv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.