Bakı polisindən əhaliyə CİDDİ XƏBƏRDARLIQ
02.04.2020

Bakı şəhəri ərazisində də koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Visiontv.az "report"a istinadən xəbər verir ki, paytaxtın bütün küçə və prospektlərində polis, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları insanlarla profilaktik söhbətlər aparırlar.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar yenə də karantin rejim qaydalarını pozub.

Polis əməkdaşları həmin şəxslərə yenidən xəbərdarlıq edib.