Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları bu tarixdə işləməyəcək
05.03.2021

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 6, 7 və 8 mart günləri hərəkətdə olmayacaq.

Bu barədə Visiontv.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat daxil olub.

Elektrik qatarlarının 9 mart tarixindən etibarən cari cədvəl üzrə hərəkəti bərpa olunacaq.