Ermənistanda əxlaqdankənar seçki başlayıb-deputat Sahib Alıyev
Ermənistanda  əxlaqdankənar seçki başlayıb-deputat Sahib Alıyev
20.06.2021 Sahib Alıyev Tərəfindən

Ermənistanda növbədənkənar və kampaniyanın gedişindən də göründüyü kimi siyasi mədəniyyətin yoxluğu üzündən əxlaqdankənar seçki başlayıb.

Seçki özü könülsüz keçirildiyi kimi seçilənlərin də əksəriyyəti könülüsüz seçilirlər, yəni Ermənistan siyasi "elita"sında hazırda elə bir adam yoxdur ki, onun mənfi reytinqi müsbət reytinqini üstələməsin. Hakimiyyətə daha iddialılarda-Köçəryanla Paşinyanda isə bu üstələmə hətta bir neçə dəfə çoxdur.

Fikrimcə, bu gün Paşinyanla Köçəryan arasında qarşıdurmanın sona çatdığı yox, əksinə daha amansız, ola da bilər qanlı mərhələsinə start verildiyi gündür.

Bu seçkini uduzmaq Paşinyan üçün ən yaxşı halda mühacirətə üz tutmaqla nəticələnəck. Köçəryan və onun yan-yörəsinə yığışanlar üçünsə bu, daha böyük fəlakət deməkdir. Çünki Qarabağda qarşıdurma yoxdursa, Ermənstan Azərbaycanla qarşılıqlı faydaya dayanan əməkdaşlığa gedəcəksə, köçəryanlara, sərkisyanlara və "siasyi karyera"ları agentlikdən başlayan, etnik toqquşma yaratmaq üçün meydana buraxılan digər yanlara ehtiyac qalmır. Ehtiyac qalmadığı halda onların nə qədər dəyərsiz, eyni zamanda öz cəmiyyətləri üçün də zərərli və yad ünsür olduqları bütün çılpaqlığıyla üzə çıxasıdır.

Bunu isə nə onlar özləri istəyir, nə də zaman-zaman o cür ünsürlərdən faydalanan güclər. Köçəryanın dəstəklənməsinin arxasında da məhz bu reallıq dayanırdı. Mənfi yüklü( dəstəklənənə güvəndən deyil, qarşı tərəfə nifrətdən doğan) səslərin müsbət yüklü səslərdən azı 10 dəfə çox olacağı bu seçkidə haylar pisin yaxşısını yox, pisin pisini seçməyə zorlanırdı. Baxaq görək necə olacaq.

Visiontv.az