Bakı Dövlət Yol Polisi İdarəsinin yeni rəisi bu gündən vəzifəsinin icrasına başlayıb
07.01.2020

Bakı Dövlət Yol Polisi İdarəsinin yeni rəhbəri bu gündən vəzifəsinin icrasına başlayıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Bakı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev bildirib ki, idarənin rəisi Nuşirəvan Səfərov dünən kollektivə təqdim olunub və bu gündən səlahiyyətlərinin icrasına başlayıb.

Azərbaycanın daxili işləri naziri Ramil Usubovun əmri ilə Nuşirəvan Səfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi təyin olunub.

Səfərov bu təyinatdan əvvəl Azərbaycan DİN Dövlət Yol Polisi Baş İdarəsinin yol-patrul xidmətinə nəzarət şöbəsinə rəhbərlik edib.

Bundan əvvəl Dövlət Yol Polisi İdarəsinin rəhbər postunu Həsən Şirinov tuturdu. Şirinov isə Bakı Şəhər Polis  Baş İdarəsinə rəis müavini təyin olunub.

Trend