22.011.2019
Axtar
Gündəlik
alt

BAHAR yorğunluğu nədir?

Diqqət! Mütəxəssislər bunları məsləhət görürlər

Yaz ayı orqanizm üçün yeni dəyişikliklər yaradır. İnsan süst ,həm də oyaniq vəziyyətdə olur. Mütəxəssislərin sözlərinə görə havaların dəyişməsi insanlarda halsızlıq, yorğunluq, yuxu basma kimi  hallar  yaradır. Onlar bunu bahar yorğunluğu adlandırır.

Bahar yorğunluğu bioloji səbəbdən ortaya çıxan və havada artan elektrik yükü ilə bağlı olan problemdir. Bu yük mənfi və müsbət olmaqla insan orqaniminə keçə bilir. Mənfi ionların artması yorğunluq, halsızlıq, gərginlik yaradır və damarlarda büzülməyə səbəb olur. Elektrik yükü şəhərlərdə daha çox özünü göstərir. Havanın çırkliliyi, sənaye tullantıları, nəqliyyatın sıxlığı mənfi elektrik yükünü artırır. Ümumiyyətlə  bioloji amillər insanın psixologiyasına da təsir edir. Psixoloqların fikrincə yazda depressiya riski artır. Lakin qeyd edək ki, depressiya ilə bahar yorğunluğunun yaratdıgı stress amilləri bir birinə bənzəsə də, səbəb amilləri təmamilə fərqlənir. Bunları qarışdırmaq olmaz.  Əgər sizdə səhər yuxudan halsız oyanma, əsəbilik, yuxu rejiminin pozulması, oynaqlarda ağrı, tənbəllik, enerjinin azaldığını hiss etmək, əsnəmək, gərginlik, işləri ertələmə kimi hallar müşahidə edilirsə bahar yorğunluğundan əziyyət çəkirsiniz deməkdir. Qış ayından çıxan orqanizmin vitamin balansını artırmaq və tarazlamaq üçün əsasən gündəlik bəslənmə rejiminə riayət edilməlidir.

 

Bahar yorğunluğundan qorunmaq üçün  mütəxəssislər bunları məsləhət görürlər:

*Qidalarınıza diqqət edin;

*Orqanizmin vitaminə olan tələbatını ödəmək üçün bol-bol meyvə, tərəvəz qəbul edin;

*İdmanla məşğul olun;

*Hər səhər 10-15 dəqiqə əzələlərinizi hərəkət etdirin;

*Yuxu rejiminizə diqqət edin;

*Yatmazdan öncə beyninizdən pis fikirləri çıxarın, sizə xoş olan şeyləri düşünün;

*Hər gün 2-3 litrə qədər su için;

*Çalışdığınız otağı havasını tez-tez dəyişin. 

 

Bütün bunlarla yanaşı, vaxt tapıb bir neçə gün şəhərdən kənarda istirahət etmək də enerjinizi bərpa etməyə kömək edər. Vaxtınızı səmərəli və rəngarəng keçirmək diləyilə.

Şərh