Bağçaya apardığı uşağı sevən XALQ ARTİSTİ: O gündən gedib kəbin kəsdirdik - FOTO
30.09.2019

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) şəxsi həyatı ilə bağlı heç kəsin bilmədiyi açıqlamalar verib.

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) şəxsi həyatı ilə bağlı heç kəsin bilmədiyi açıqlamalar verib.

Rəmiş bu barədə "Hər şey daxil"də danışıb.

Xalq artisti ilk ailə həyatı ilə bağlı bunları deyib:

"İki övladım var. Uşağın biri 1967-ci ildəndir, biri də 68-dən. 1974-cü ildə onların babaları, nənələri bəyənmədi məni və getdilər boşatdırdılar. Mənə də dedilər ki, gəl məhkəməyə. Dedim "Mən məhkəməyə getmirəm". Necə deyirsiniz elə də razıyam. O gündən bu günə də mən onların anasını görmürəm".

Rəmişin Gülü ilə bağlı dedikləri isə aparıcı Tarix Əliyevi (Tolik) və qonaqları təəccübləndirib:

"Gülünün atası mənim tar müəllimim olub. Uşaq vaxtı Gülünü bağçaya aparıb gətirmişəm. Sonra da məni sevib, mən neyləyim?(gülür). Gülü də qıvrım saç idi, saçından tuturdum. Bakıda bir gün ... , mən də tək qalırdım orada-burada. O gündən getdim kəbin də kəsdirdim. Dedim "Ölənə kimi sən mənim anamın gəlini olassan". 20 ildir "zaks"da var.

Gülünün atasının adı Con idi. İngiltərədə doğulub, o".

Bağçaya apardığı uşağı sevən XALQ ARTİSTİ: O gündən gedib kəbin kəsdirdik - FOTOmilli.az