Bağçalarda uşaqlar arasında viruslar yayılıb
04.09.2019

Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.

VisionTV.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32891 olub.

Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.

Müəssisələrdəki xəstələnmə hallarının 26034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.

Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.