14.010.2019
Axtar
Gündəlik
alt

Baba Punhanın anım günüdür

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.

 Onun yaradıcılığı 1990-cı illərdə lirikaya satirik ruh gətirməklə başlayıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Əsərləri  "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində də çap olunub. Şairlə xalqın yaxından tanışlığı 1998-ci il noyabr ayından başlayıb.  Belə ki, həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yarada bilib.

3 noyabr 2000-ci tarixdə  şairin  "Acı həqiqət" kitabı işıq üzü görüb. 2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.

2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

Şairin yaradıcılığı birmənalı qarşılanmasa da doğru məqamları vurğuladığı üçün düşünürük ki, haqq şairi  kimi xatırlanır bu gün. Çünki həqiqəti sözə qoşub  yazırdı şair.

 

2004 aprel ayının 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyində yenidən əməliyyat aparılıb və təəssüf ki,  9 gün komada qaldıqdan aprel ayının 17-si vəfat edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

 

Şərh