AzTV-də koronavirus həyəcanı - Operator karantinə alındı
03.06.2020

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması haqda məlumat yayılıb.

Visiontv.az “qafqazinfo"ya istinadən xəbər verir ki, qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib ki, həmin operator həqiqətən karantinə alınıb:

“Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələ ki, araşdırma aparılır. Operator karantinə alınıb və yoxlama aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.