AzTU-da “İT sahəsində ilk addımlar” adlı seminar keçirilib
03.11.2022

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının nəzdində yaradılmış “IT Woman Club”la “IT Brains Academy”nin birgə əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün  “İT sahəsində ilk addımlar” adlı seminar keçirilib.

Seminarda AzTU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak edib.

Tədbirdə çıxış edən AzTU SABAH Mərkəzinin rəhbəri Aytən Sadıqova bu təşəbbüsün tələbə qızlar üçün faydasından danışıb.  

Daha sonra “IT Brains Academy”nin rəhbəri Orxan Məmmədov çıxış edib. Bildirib ki, İT sahəsinə marağı olan, bu istiqamətdə bacarıqlarını daha da inkişaf etdirmək istəyən tələbə qızlar üçün “IT Club” təşkil olunacaq.

Seminar sual-cavab formatında davam etdirilib.

Visiontv.az