"Azovstal"dan 52 yaralı təxliyyə edildi. Vereşçuk nə vaxt dəyişdiriləcəklərini cavablandırdı
"Azovstal"dan 52 yaralı təxliyyə edildi. Vereşçuk nə vaxt dəyişdiriləcəklərini cavablandırdı
17.05.2022 MEDİA Tərəfindən

Mariupoldakı “Azovstal” zavodunun ərazisindən 52 yaralı müdafiəçi çıxarılıb. Onların vəziyyəti yaxşılaşdıqdan sonra rus hərbi əsirlərlə dəyişdirilməsi həyata keçiriləcək.

Bu barədə baş nazirin müavini, reinteqrasiya üzrə nazir İrina Vereşçuk Telegram kanalda xəbər verir.


""Azovstal"da humanitar əməliyyat davam edir. İnsanların həyatını xilas etmək üçün dünən 52 ağır yaralı hərbçimiz təxliyyə edilib. Onların vəziyyəti stabilləşdikdən sonra biz onları rusiyalı hərbi əsirlərlə dəyişdirəcəyik. Humanitar yardımın növbəti mərhələləri üzərində işləyirik”.

Xatırladaq ki, dünən, mayın 16-da “Azovstal”dan hərbçilərin xilas edilməsinə başlanılıb. Müdafiə Nazirliyi 53 ağır yaralının tibbi yardım üçün müvəqqəti işğal altında olan Novoazovskdakı tibb müəssisəsinə təxliyyə edildiyini, daha 211 nəfərin isə humanitar dəhlizlə Yelenovkaya çatdırıldığını bildirib.

Həmçinin bildirilib ki,  Azovstal ərazisində hələ də ukraynalı əsgərlər var, bu da onların xilas edilməsi əməliyyatının davam etdiriləcəyi deməkdir.

Aytən Əlizadə

visiontv.az