"Azərişiq"da ulu öndərin xatirəsi anılıb
10.05.2021

"Azərişiq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti  ilə  konfrans keçirilib. Tədbiri giriş sözü ilə "Azərişiq" Sədrinin müşaviri, "Azərişıq" YAP təşkilatının sədri Tanrıverdi Mustafayev açaraq  Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü xidmətlərdən danışıb.

T.Mustafayev qeyd edib ki, gələcək nəsillər üçün ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin örnək olacaq.

Daha sonra çıxış edən "Azərişiq" sədrinin köməkçisi Xalid Təhməzov bildirib ki, Ulu Öndər iqtisadiyyatın bütün sahələri ilə yanaşı energetika sahəsinə də böyük diqqət və qayğı ilə yanaşmışdır.

O, qeyd etdi ki,  hələ sovet dönəmindən ümumilli lidermizin təşkilatçılığı sahəsində Azərbaycanın elektroenergetikası iri addımlarla inkişaf etmişdir.
Sonra Strateji Araşdırma və Planlaşdırma  şöbəsinin rəis müavini Elşən Məmmədov, Strateji Araşdırma və Planlaşdırma  şöbəsinin baş mütəxəssisi Elvin Şıxaliyev, İşlər idarəsinin baş mütəxəssisi  Asəf Qasımov, mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə çıxışlarında   90-cı illərin əvvəlində ölkəmizdə baş verən hərc-mərclik siyasi, iqtisadi, hərbi sahələrin tənəzzülü və o vaxtkı hakimiyyətdə olanların heç bir halda ölkəni qarşılaşacaq fəlakətdən qurtara bilməyəcəyini bilirdilər.   

Bu zaman xalqın təkidli tələbi ilə Ulu öndər Bakiya dəvət edildiyi və bununla da siyasi arenada o cümlədən, cəmiyyətin bütün sahələrində sürətli inkişaf başladığını qeyd etdilər.

Çıxışlarda sovet dövrünün çətinlikləri şəraitində ümummilli lider Heydər Əliyevin öz xalqı üçün gördüyü qiymətli işləri xatırladılaraq, milli kadrların yetişdirilməsi və onların siyasi idarəçilik institutlarında yerləşdirilməsinin əhəmiyyəti haqqında söhbətlər aparıldı.

Müzakirələrin sonunda "Azərişıq" ASC-nin sədr müavini və YAP təşkilatının sədri T.Mustafayev ümummilli liderin göstərdiyi misilsiz xidmətlərin daim qədirbilən xalqımız tərəfindən xatırlanacağını qeyd edib. 

O, bu və bu kimi tədbirlərin təşkilinin yüksək əhəmiyyət daşıdığını və davamlı keçirilməyə ehtiyac olduğunu qeyd edib.