“Azərişıq” Qarabağdan 40-a yaxın sahibkardan müraciət qəbul edib
19.01.2022

İndiyə qədər “Azərişıq” ASC-yə işğaldan azad edilmiş ərazilərdən 40-a yaxın sahibkardan elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət daxil olub.

Bunu səhmdar cəmiyyətinin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bildirib.

“Xüsusilə Şuşa və Kəlbəcərdən müraciətlər olub və onlar uğurla icra edilib", - deyə o, qeyd edib.

“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib ki, lazım gəlsə elektrik şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyasına dəyişikliyk edilə bilər: "Staretagiya buna imkan verir".

Visiontv.az