“Azərişıq” ASC-yə yeni sədr təyin edildi - SƏRƏNCAM
07.01.2020

Prezident İlham Əliyev Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Visiontv.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sərəncamla Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.