7.06.2020
Axtar
Ölkə
alt

“Azəriqaz”dan bu şəxslərə xüsusi jest

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan hökuməti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir.

Visiontv.az ATV-yə istinadla xəbər verir ki, bu barədə qurumun şöbə rəisi Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” İstehsalat Birliyi də yardımçı olacaq.

Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər.

Bundan başqa bu barədə (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə mesaj da göndərə bilərlər.

Sosial layihə çərçivəsində xidmətlərə gəlincə, bu, bir sıra sahələri əhatə edəcək.

Şərh