“Azəriqaz” vətəndaşları sevindirəcək unikal layihəyə start verir
03.08.2021

Avqustun 4-dən etibarən, “Azəriqaz” İB “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək.

Bu barədə “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev məlumat verib. O bildirib ki, eyni zamanda buna “Açıq mikrofon” aksiyası da deyə bilərik:

“Səyyar qəbul otaqları”nın təşkilində əsas məqsəd, vətəndaşların şikayət və problemlərini rahat şəkildə çatdırmasına şərait yaratmaq və onların mövcud problemlərinə operativ reaksiya verməkdən ibarətdir. Vətəndaşların əsas avantajı ondan ibarət olacaq ki, onların “Açıq mikrofon” vasitəsi ilə dilə gətirdiyi problemlər birbaşa “Azəriqaz” İB-nin baş direktoru və müavinləri səviyyəsində dinləniləcək və həlli üçün müvafiq göstərişlər veriləcək, icrasına birbaşa nəzarət olunacaq. “Səyyar qəbul otağı” ilk olaraq Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeni yaşayış massivində (Ucuzluq marketin yanı) reallaşacaq. Bu ərazidə yaşayan sakinlər avqust ayının 4-də saat 10:00-dan 13:00-a qədər “Açıq mikrofon”umuzun imkanlarından istifadə edə bilərlər. Məlumat üçün deyək ki, “Səyyar qəbul otaqları”mız ölkəmizin bütün regionlarını əhatə edəcək. “Açıq mikrofon”larımızın quraşdırılacağı məkanların ünvanı əvvəlcədən elan olunacaq".

Visiontv.az