Azəri qizi Günelin inanılmaz bənzəri
10.05.2019

Azəri qizi Günelin inanılmaz bənzəri

"Başda anam olmaqla bütün anaların Analar günü mübarək olsun. Anam, cənnəti bilmirəm, amma qoxu cənnətindəyəm. Hər zaman bizimlə fərxr etmisən, yenə edəsən, dualarını heç zaman azalmasın”.

Bu sözləri "Azəri qızı" ləqəbi ilə tanınan Günel Zeynalova instaqramda yazıb. O, anası ilə şəkillərini paylaşaraq onu həm doğum günü, həm də Türkiyədə qeyd olunan Analar günü münasibətilə təbrik edib. Sonda isə G.Zeynalova qardaşı müğənni və bəstəkar Tunar Rəhmanoğlunun ata olduğunu xəbər verib:

"Ana səni nə qədər sevdiyimi bilirsən? Bir tək anam olsun, mənə bir şey olmaz. Yaxşı ki, doğulmusan, ad günün mübarək. Ailəm baş tacımdır, ayaqda durmağımın səbəbi, dayağım, atam mənim dağım, anam isə mələyimdir. İki sevincim, gözünüz aydın olsun ki, ailəmizə balaca bir adam gəlir. Bu sevinclər həyatımızda bol olsun”.

Ulduz anasına inanılmaz bənzərliyi ilə diqqət çəkib./publika.az