Azərbaycanlıların Qafqazdan sürgün planı: Son belə bir planı 1988-89-cu ildə Qərbi Azərbaycanda, ardınca isə Qarabağda həyata keçirdilər
Azərbaycanlıların Qafqazdan sürgün planı: Son belə bir planı 1988-89-cu ildə Qərbi Azərbaycanda, ardınca isə Qarabağda həyata keçirdilər
25.08.2022 Şöhrət El-Dəniz Tərəfindən

Qarabağ davası tək ərazi və həm də tək erməni ilə savaş məsələsi deyil. Təəssüf ki, biz buna lokal münaqişə müstəvisindən baxırıq. Əslində bu daha böyük bir komplonun, planın tərkib hissəsidir.

Bizi böyük xristian güclər 200 ildir ki, yaşadığımız torpaqlardan, yurdlardan məcburi sürgün edib, boşaldılan ərazilərə erməni dindaşlarını, qardaşlarını məskunlaşdırır, resurslarımızı mənimsəyirlər. Zamana diqqət etsək son bir əsrdə milyonlarla azərbaycanlı öz ev-eşiklərindən məcburi sürgün edilib, torpaqları, bağ-bağatları, mülkləri yağmalanıb. Neçə min kvadratkilometr ərazimiz işğal olunub. İrəvan kimi ən böyük bir xanlıqdan indi Yerevan şəhərində bir nişanə belə tapmaq olmur. İzimizi toplu süpürüb tarixdən silirlər. 

Son sürgün planı isə 1988-89-cu ildə Qərbi Azərbaycanda, ardınca isə Qarabağda həyata keçirildi. Təəssüf ki, keçən əsrin əvvəllərindən fərqli olaraq bu dəfə Qərbi Azərbaycanı tam boşalda bildilər. İndi bu ərazilərdə bir nəfər belə azərbaycanlı yaşamır. Vaxtilə tamamı azərbaycan türklərindən ibarət İrəvan xanlığının ərazisində indi bir nəfər bu millətin nümayəndəsindən tapmaq mümkün deyil.

Elə bilirsiniz bu sadəcə azərbaycan-erməni savaşının nəticəsində baş verdi?

Təbii ki, yox.

Bu böyük güclərin Anadoludan türkləri, Qafqazdan isə azərbaycanlıların sürgün edilib, köçürülməsi planının tərkib hissəsidir. Və iki əsirdir bu plan hissə-hissə həyata keçirilir. Türkləri Balkanlardan, Yuqoslaviyadan, Krımdan, İraqdan, Suriyadan necə sürgün edib o əraziləri xristianlaşdırdıqları kimi Qərbi Azərbaycanda da oxşar proses baş verdi. 

Qərbi Azərbaycanın ardınca 92-94-cü illərdə Qarabağı və ətraf rayonlar boşaldıldı, əhali sürgün edildi. Fikir verirsiniz nə vaxt biz erməniyə məğlub oluruqsa, itirdiyimiz ərazilərdə bir nəfər belə azərbaycanlı saxlamırlar. Ya məhv edirlər, ya da sürgün.

Amma biz yox...

Qalib gəldikdə belə geri qaytardığımız ərazilərdə ermənilər mütləq qalıb yaşaya bilir. Çünki böyük güclərin şərtləri belə olur.

Əslində Qarabağın taleyi də Qərbi Azərbaycanın taleyi kimi olacaqdı. Sadəcə bəxtimiz gətirdi ki, Türkiyə dünyada baş verən yeni düzəndə güc mərkəzinə çevrilə bildi. Və uzun illərdən sonra Türkiyə ilə nəhayət əldə edə bildiyimiz real müttəfiqlik və qardaşlıq bizi Qarabağı itirməkdən xilas etdi. Necə ki, kecən əsrin əvvəllərində Naxçıvanı möcüzə ilə xilas etmişdilər.

Deməyim odur ki, əgər güclü ordu, dövlət yaratmasaq bu planı yenidən həyata keçirməyə cəhd edəcəklər. Çünki bu plan böyük xristian güclərin daimi gundəmindədir və uzun müddətli perspektiv üçün nəzərdə tutulub. Və bütün Türk dövlətlərini əhatə edir.

P.S. Və bu planı həyata keçirən digər bir qanad İrandır. İlk baxışda İran xristian güclərə düşmən görsənə bilər. Əslində isə Türkiyəyə və Azərbaycana münasibətdə onlarla ən yaxın müttəfiqdir. Və bu böyük bir plan da açar rolunu oynayır. Bu gün İranda vaxtilə azərbaycanlıların tam əksəriyyət təşkil etdiyi böyük şəhər və kəndlərin milli tərkibinə baxsanız dediyimdə haqlı olduğumu görərsiniz. 

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

Visiontv.az