Azərbaycanlı pərəstişkarı Bülent Ersoya 100 min dollarlıq üzük hədiyyə etdi - FOTO
22.01.2020

Nigar adlı azərbaycanlı xanım türkiyəli sənətçi Bülent Ersoya 100 min dollar dəyərində üçük hədiyyə edib.

xəbər verir ki, diva İstanbulda Selin Ciğerci ilə birlikdə konsert verib. Səhnəyə çıxan ifaçı tamaşaçıları çox görüb özünü öyüb:

"Millet 250 bilet sata bilməzdi, bu an burada iynə atsan yerə düşməz. Biletli müştərini buraya gətirmək çətindir. Hər kəs həddini bilsin!”

Onun bu sözlərindən sonra Azərbaycandan gəldiyini deyən pərəstişkarı 100 min dollar (591 bin TL) dəyərində brilyant üzüyü ona hədiyyə edib.