Azərbaycanlı kriminal avtoritet məclisə görüntülü zəng etdi - VİDEO
04.09.2019

O özünə həsr edilmiş meyxananın sədaları altında rəqs edən dostlarına baxıb

Kriminal aləmdə "Dato Ağcabədinski" kimi tanınan azərbaycanlı kriminal avtoritet Cavid Məmmədovun yeni görüntüləri yayılıb.

VisionTV.az aznews.az-a istinadən xəbər verir ki, video Moskvada yerləşən "Moskovski" restoranında keçirilən əyləncə məclisində qeydə alınıb.

Belə ki, 34 yaşlı "Dato Ağcabədinski" həmin məclisə video zənglə qoşulub. O özünə həsr edilmiş meyxananın sədaları altında rəqs edən dostlarına baxıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü "Dato Ağcabədinski" bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, 2012-ci ildə Yunanıstanda "taclandırılıb". Cavid Məmmədov mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin tərəfdaşlarındandır.