Azərbaycanlı iş adamı Türkiyədə ''Uğur hekayələri'' verilişinin qonağı olub - VİDEO
Videonu Aç
Azərbaycanlı iş adamı Türkiyədə ''Uğur hekayələri'' verilişinin qonağı olub - VİDEO
26.03.2020 Elvin ABBASOV Tərəfindən

Azərbaycanlı iş adamı Elvin Abbasov Türkiyənin Karabük şəhərində ''Türksat'' peyki üzərindən Qaradəniz bölgəsi ve Avropada geniş bir kütləyə xitab edən ''BRTV'' kanalında yayımlanan ''Uğur hekayələri'' verilişinin qonağı olub.

Visiontv.az-ın verdiyi xəbərə görə, televiziya-proqram prodüsseri sənətçi Həsən Alpın təqdimatında ekranlara çıxan ''Uğur hekayələri'' verilişinin çəkilişləri Karabükün məşhur Safranbolu bölgəsində aparılıb.

Türkiyə səfəri çərçivəsində ''Uğur hekayələri'' verilişinin qonağı olan Elvin Abbasov, Türkiyədə yaşadığı illərdən, uğura aparan yollardan, həyatda uğur qazanmanın sirlərindən danışıb.

Verilişdə Türkiyə-Azərbaycan münasibətləri, ''Bir millət, iki dövlət'' prinsipindən söhbət açılıb, iki ölkənin mədəni əlaqələri haqqında geniş fikir mübadiləsi aparılıb.  

Abbasov eyni zamanda, Türk şirkətləri ilə apardığı uğurlu əməkdaşlıqdan bəhs edib, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inandığını bildirib.