Azərbaycanlı idmançı “Survivor”da
08.02.2020

Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin məşhur "Survivor" yarışmasına qatılacaq.

Visiontv.az sabah.az-a istinadən xəbər verir ki, idmançı Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən keçib.

Pərviz artıq bir müddətdir bununla bağlı İstanbuldadır. O, yarışma üçün son hazırlıqlarla məşğuldur.

"Survivor" fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikan adasında keçirilir.