16.012.2019
Axtar
Gündəlik
alt

Azərbaycanlı idmançı məşqçisinə ağır zərbə endirib

Azərbaycanlı idmançı məşqçisinə ağır zərbə endirib

Müəllim məşq zamanı ağciyərindən zədələnib, təcili əməliyyat olunub.

 Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbində məşq zalında bədbəxt hadisə baş verib. Məktəbdə məşq keçən taekvando müəllimi Beyrək Bağırov məşq zamanı ağır yaralanıb.



Bu barədə Sputnik Azərbaycan-a məşqçi özü açıqlama verib: "Ağır çəkili idmançıma pəncə (lapa) tutmuşdum. O, pəncəyə zərbə vuran zaman ayağı sürüşdü və zərbəsi mənə dəydi".

"Zərbə dəyəcəyini gözləmirdim. Ona görə özümü müdafiə etmədiyim üçün zərbə qabırğama dəydi. Bu zaman ağciyərimin aşağı hissəsi zədələndi. Zədə daxili qanaxma verdi və təcili əməliyyat olundum" - Bağırov bildirib.

İdmançı vurğulayıb ki, hazırda özünü yaxşı hiss edir: "İdmandır. Məşqdə də, yarışda da hər şey ola bilər. Qismət beləymiş. Tezliklə sağalıb məşqə geri dönməyə çalışacam".

 

 

Şərh