Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər
17.02.2020

Azərbaycan ilə Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər.

Visiontv.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yanqınla görüşüb.

Görüşdə KOB sahəsində mövcud əməkdaşlığa, əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına, eləcə də Azərbaycanın regionlarında KOB-ların dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.