Azərbaycanın qarşı yönələn hər bir addımı simmetrik, yaxud da assimmetrik yollarla neytrallaşdırılacaq
Azərbaycanın qarşı yönələn hər bir addımı simmetrik, yaxud da assimmetrik yollarla neytrallaşdırılacaq
29.03.2022 Sahib Alıyev Tərəfindən

"Kommersant" qəzeti "Azəriqazın" Xankəndini və Rusiya hərbi kontingentinin MÜVƏQQƏTİ kontrolunda olan digər yerləri yanacaqla təmin etməyə başladığını yazır.

Rusiya nəşri təbii ki,  bundan təəssüfünü də gizlətmir. Təəssüf isə onunla bağlıdır ki,  sözü gedən qəzetdəkilərin fikrincə, "Azəriqazın"  bu addımı separatçı ünsürləri  rəsmi Bakıdan asılı vəziyyətə salır.

"Kommersant"  önünə "tanınmamış" sözünü də artıraraq("neytral"dırlar axı) "respublika" kimi təqdim etdiyinin başında duranların  bu asılılığı aradan qaldırmaq cəhdlərinin  nəticə verməyəcəyini də  bildirir.

Biz də əlavə edək ki, təkcə separatçı ünsürlərin yox, onlardan geosiyasi alət kimi faydalananların, subyekt kimi tədqim etməyə çalışanların, o sıradan Rusiyanın Qarabağdakı hərbi kontingentinin də  Azərbaycanın suverenliyinə qarşı yönələn hər bir addımı simmetrik, yaxud da assimmetrik yollarla neytrallaşdırılacaq!

Millət vəkili Sahib Alıyev

Visiontv.az