Azərbaycanın istedadlı şagirdləri Formula 1 yarışında
14.06.2022

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Bakı Şəhər Halqasının birgə əməkdaşlığı  çərcivəsində ölkənin müxtəlif təhsil müəssisələrindən istedadlı şagirdlər Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün dəvət olunub.

Layihənin məqsədi məktəblilər arasında avtoidman yarışlarına marağı artırmaq, onları daha da maarifləndirməkdir. Azarkeşlərlə birgə yarış həyəcanını yaşayan 1600-ə yaxın məktəbli bu mötəbər tədbirin bir hissəsi olub.

Yarışın təşkilatçısı artıq 6 ildir ki, sosial yönümlü bir çox layihələr həyata keçirərək, Formula 1-in korporativ sosial məəsuliyyət fəaliyyətinə öz töhfəsini verməkdədir.

Hədəf məktəbliləri kiçik yaşlarından bu kimi dünya əhəmiyyətli sürət yarışını yaxından izləmələrinə imkan yaratmaqla yanaşı, onlarda Formula 1 yarışlarına daha çox maraq oyatmaq və  gələcəyin Formula 1 pilotunun yetişməsinə dəstək olmaqdır.

Visiontv.az