Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib
04.02.2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 yaşının tamam olması və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mehriban xanım Əliyevanın “İnstagram” səhifəsində yazdığı təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!