Azərbaycanı bu şansdan çəkindirənlərin biri Rusiya, digəri Ərdoğan oldu-Aydın Quliyev
07.08.2020

2020-ci il iyulun 12-də Ermənistanın Tovuz təxribatlarına qardaş Türkiyə dövləti adından AKP hökumətinin reaksiyası daha konkret və daha sərt oldu.

Qardaş ölkə adından indiyədək "Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyirik" kimi reaksiya görmüşük. Bu dəfə "Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq"deyildi. Bunlar çox fərqli şeylərdi,xeyrimizə olan şeylərdi... Geosiyasi mövqedə əhəmiyyətli tərəqqidir...
Ancaq 2018-ci ilin aprelini də xatırlayıram.18 aprel-Paşinyanın Sarkisyanı devirərək hakimiyyətə gəldiyi meydan proseslərinin başlanğıcı idi və cəmi bir həftəyə Sarkisyan rejiminin taleyi həll edildi. O zaman da bu fikirdə idim ,indi də fikrim dəyişməyib.92-93-cü illərdə Ermənistan bizim içimizdə siyasi qarşıdurmalardan bəhrələnərək rayonlarımızı bir-bir işğal etmişdi. 2018-ci ilin aprel günlərində həmin şans bizim üçün yaranmışdı. Azərbaycan Ermənistanın içindəki vəziyyətdən istifadə edərək ən azı bir rayonu geri götürə bilərdi. Əminəm ki, prezident İlham Əliyev də bu şansı götür -qoy edirdi. Ancaq Azərbaycanı bu şansdan çəkindirənlərin biri Rusiya, digəri Ərdoğan oldu....Rusiya məlum, Ərdoğan niyə....
Mənim özümə dəqiq məlum olan bu "niyə"ni tarix hamı üçün aydınlaşdıracaq. Onu da deməliyəm ki, Ermənistanda 2018-ci ilin aprel qarşıdurmasından iki ay sonra-iyunun 24-də qardaş Türkiyədə ilk 7 illik prezidentin birinci seçkiləri olmalı idi və oldu, Cənab Ərdoğan seçildi. Dövr elə bir dövr idi ki, Ərdoğanın ABŞ və Avropa ilə münasibətləri indiki kimi gərgin idi və super güclərdən yeganə Rusiya ilə mehribançılıq var idi.
2018-ci ilin aprelində Azərbaycanın şansına göz yumulmasının Türkiyədə Ərdoğan üçün çox vacib olan iyun seçkiləri ilə bağlı olub olmadığını da tarixin öhdəsinə buraxaq...