Azərbaycandan 800 türk vətəndaşı təxliyə edilib
29.05.2020

Koronavirus pandemiyası ilə bağlı Azərbaycandan 800 türk vətəndaşı ölkələrinə təxliyə olunub.

Visiontv.az xəbər verir ki, bu barədə Türkiyənin Gəncədəki Baş Konsulluğundan məlumat daxil olub.

Məlumatda bildirilir ki, pandemiya təhlükəsi ilə bağlı təxliyə olunan şəxslər Azərbaycanın müxtəlif bölgələrində yaşayıb.

Türkiyə vətəndaşları təyyarə ilə ölkələrinə yola salınıb.