Azərbaycanda zəncirvari qəza: Yaralılar var
16.05.2020

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Visiontv.az “report”a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Rəhim Rəhimovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman Kürdəmir rayon sakini Əlvan Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobilə çırpılıb. Bu zaman “Niva” Nazim Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticədə, “Mercedes”də olan sərnişinlər - Ucar rayon sakini, 32 yaşlı İsrailov Ərşad Ədilxan oğlu və Ağstafa rayon sakini, 39 yaşlı Cəlilov Samir Səhnədər oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.