Azərbaycanda zəlzələ olub
14.10.2021

Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə Visiontv.az Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 20:28-də Cəlilabad stansiyasından 18 km şimalda Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.