Azərbaycanda yeni dərs ilinin ilk günü məktəbin TAVANI ÇÖKDÜ - FOTO
16.09.2019

Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.

Rayon sakini Rahib İbrahimoğlu News24.az-a verdiyi açıqlamasında bildirib ki, hadisə bir qədər əvvəl rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb. Dərs vaxtı məktəbin tavanı çöküb: "Bu gün ilk dərs günü oldu sevindik, ama Boluslu kənd orta məktəbin qəzalı vəziyyətdə olması heçdə ürəkaçan olmadı. Elə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağının tavanı uçdu. Şükür xəsarət alan olmadı, ama toz-duman bürüdü hər yanı. Bir valideyn kimi, cənab Təhsil naziri Ceyhun Bayramovdan, digər adiyyatı qurumlardan məktəbə baxış keçirib tədbir görülməsini xahiş edirəm". 

Qeyd edək ki, Boluslu kənd orta məktəbi 1967-ci ildə istifadəyə verilib.
Azərbaycanda yeni dərs ilinin ilk günü məktəbin TAVANI ÇÖKDÜ - FOTOAzərbaycanda yeni dərs ilinin ilk günü məktəbin TAVANI ÇÖKDÜ - FOTO