Azərbaycanda xurma istehsalı artacaq
02.04.2019

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov   bu haqqda məlumat verib.

Trend-ə  istinadən bildirək ki, Azərbaycanda xurma istehsalının ən azı 15 faiz artacağı proqnozlaşdırılır.

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov   bu haqqda məlumat verib.

O, Azərbaycanda kənd təsərrüfatının intensiv artımını vurğulayaraq əlavə edib: "Bu sahə ilə məşğul olan regionların 95 faizində ağacların düzgün budanmasına diqqət ayrılıb, kənd təsərrüfatı ziyanvericiləri ilə kompleks mübarizə aparılır".

 

Q.Yusifov  onu da bildirib ki, payızda meyvə ağaclarına vaxtında əlavə gübrə verilməsi yaxşı məhsul almaq baxımından çox vacibdir.

 

Xurmanın ixrac edildiyi ölkələrə gəlincə, Assosiasiya sədri Moldova, Belarus, Ukrayna, Rusiya, Qazaxıstan, həmçinin ərəb ölkələrinin adını çəkib.

 

O deyib ki, ölkə daxilində xurmaya tələbat ildə ən azı 20 min ton təşkil edir: "Gələcəkdə istehsalın yaxşılaşdırılması və inkişafı üçün istehsalatın, qablaşdırmanın modernləşdirilməsi də daxildir".

 

Qeyd edək ki, 2018-ci ilin yekunları üzrə Azərbaycanda xurma istehsalı təqribən 200 min ton təşkil edib. Ötən il xurma ixracının ümumi dəyəri 114 milyon dollar olub ki, bu da 2017-ci ildəki göstəricidən 17 faiz çoxdur. Cari ilin ixrac dəyəri təqribən 26 milyon dollar təşkil edib.

 Qeyd edək ki, xurmanın narıncı rəngi onun tərkibində beta-karotin maddəsinin çoxluğu ilə izah olunur.  Azərbaycanın şimal bölgəsi əsas yetişmə yeri olan xurma  C və PP vitaminləri ilə zəngindir. Bu meyvə görmə qabliyyətinin yaxşılaşmasına komək edir. Bu meyvənin tərkibindəki vitaminlər həmçinin saçların, dırnaqların rənginin saglamlıgına xidmət edir. Stress hallarında isə yorğunluğa əvəzsiz dərmandır. Maqnium, dəmir və yod maddələri isə ürəyin işini yaxşılaşdırır. Xurmanın ən başlıca dəyəri ürək-damar sistemi xəstəliklərində istifadə olunan bitki şəkəri ilə zənginliyidir. Əgər gün ərzində 3-4 ədəd xurma yeyilsə, qan təzyiqini dərmanların köməyi olmadan da tənzimləmək mümkündür.