Azərbaycanda turizm sahəsində daha bir təhsil ocağı yaradıla bilər
27.01.2020

Azərbaycan Dövlət Turizm Agentliyi ölkədə yeni turizm peşə məktəbinin yaradılması yollarını araşdırır.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu peşə məktəbinin nəzdində hotel və restoran fəaliyyət göstərəcək ki, məhz orda tələbələr xidmət sahələri üzrə qısa müddətli kurslar keçməklə birbaşa təcrübə toplaya bilsinlər.