Azərbaycanda ŞOK HADİSƏ - 3 qadının körpəsi xəstəxanadan yoxa çıxdı - FOTO
22.11.2019

Azərbaycanda xəstəxanada 3 qadının yeni doğulmuş körpələri yoxa çıxıb.

VisionTV.az  sonxeber.az-a istinadən  xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində məlumat verilib.

Aparıcı bildirib ki, filmlərdə, nağıllarda, romanlarda oxuduğumuz və eşitdiyimiz hadisələr bu gün həqiqətə çevrilib: "Flora, Elnarə Gülarə adında 3 qadın bu gün bizim verilişdə əyləşib. Hər 3 qadının uşaqları xəstəxanada yoxa çıxıb. Heç birinə də ölüm kağızı verilməyib. Flora illər sonra yeni doğulmuş körpəsinə sənəd alan zaman öyrənib ki, öldü dediyi qızı sağdır. Gülarə xanım da Aysunu efirdə görüb deyir ki, mənim qızımdır. Bəlli olur ki, onun əkiz uşaqlarının da ölüm kağızı yoxdur. Elnarə xanıma isə ümumiyyətlə uşağının meyiti verilməyib. Filmlərdə, romanlarda gördüyümüz hadisələr bu gün reala çevrilib. Siz görəcəksiniz ki, həkim sağlam uşağı xəstəxanadan necə yoxa çıxarıb".


Azərbaycanda ŞOK HADİSƏ - 3 qadının körpəsi xəstəxanadan yoxa çıxdı - FOTO