Azərbaycanda sənaye məqsədli meşələr salınacaq
07.03.2019

Azərbaycanda sənaye məqsədli meşələr salınacaq

"Azərbaycanda sənaye məqsədli meşələr salınacaq".

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

V.Kərimovun sözlərinə görə, ölkədə meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil:

"Elə ərazilər var ki, məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar".

Aparat rəhbəri deyib ki, meşədən aparılan ağacların 90 faizi qeyri-yanacaq məqsədləri üçün istifadə edilir.

Nazirlik rəsmisi əlavə edib ki, sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və həmin ağacların heabına materiala olan tələbatlarını ödəyə bilərlər. Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq.

V.Kərimov sənaye məqsədli meşələrin 2019-cu ildə salınmasının planlaşdırıldığını söyləyib.