20.08.2019
Axtar
İdman-sağlamlıq
alt

Azərbaycanda qış transfer pəncərəsi bağlandı

Visiontv.Az report-a istinadən xəbər verir ki, yanvarın 12-də açıq elan edilən "transfer pəncərəsi" fevralın 8-də saat 24:00-da bağlanıb. Klublar bundan sonra yalnız azad agent statusu daşıyan oyunçuları heyətlərinə qata biləcəklər.

Son məlumata görə, 8 klub ümumilikdə 34 futbolçu transfer etdiyi halda, 33 oyunçu ilə yollarını ayırıb. Fasilə dövründə ən çox "Neftçi", "Suqmayıt" və "Zirə" yeni oyunçu götürüb. Bu klubların hərəsi 6 futbolçu transfer edib. Bu baxımdan ən aşağı göstərici isə "Səbail" və "Qəbələ"yə məxsusdur - hər bir 2 nəfər. "Keşlə" hamıdan çox - 8 futboçu ilə yollarını ayırıb. "Qarabağ"la "Səbail" isə ən az - cəmi 2 oyunçu ilə vidalaşıblar.

Ümumilikdə 15 futbolçu ilk dəfə Azərbaycanda çıxış edəcəklər. Onları "Qarabağ" və "Sabah" istisna olmaqla, qalan 6 klub transfer edib. Söhbət Mamadu Mboc, Mamadu Kane, Vangelis Platellas, Canluka Sansone (hamısı "Neftçi"), Aleksandr Rıbka ("Səbail"), Davit Volkovi ("Qəbələ"), Peyman Babayi, Peyman Keşavarz, Əmir Ağayev (hamısı "Sumqayıt"), Con Kamara, Luis Anxelo Pena (hər ikisi "Keşlə"), Mfo Kqasvane, İsmail Fofana, Xulio Sezar Rodriqez Ximenes və Robin Nqalandedən (hamısı "Zirə") gedir.

Qış fasiləsi həm də "Qarabağ"ın Riçard Almeyda və Reynaldo Silvanı geri qaytarması ilə əlamətdar olub. 2015-ci ildə AZAL-da oynamış Valeri Kutsenko isə bundan sonra "Keşlə"nin formasını geyinəcək.

"Transfer pəncərəsi" dövründə heç bir klub futbolçusu ilə müqavilə müddətini uzatmasını bəyan etməyib.

"Neftçi"

Gələnlər - 6: Mamadu Mboc ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Neftçi"), Aqil Məmmədov ("Qəbələ"), Vangelis Platellas (OFİ, Yunanıstan), Canluka Sansone ("Novara", İtaliya)

Gedənlər - 5: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Kvame Karikari ("Əl-Oruba", BƏƏ - icarə), Dario Frederiko ("Tequ", Cənubi Koreya), Slavko Braliç (AEL Limassol, Kipr)

Müqavilə müddətini artıran: Yoxdur

"Qarabağ"

Gələnlər - 3: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ"), Riçard Almeyda ("Astana", Qazaxıstan - icarə)

Gedənlər - 2: Turan Vəlizadə ("Neftçi"), Coşqun Diniyev ("Sabah")

Müqavilə müddətini artıran: Yoxdur

"Səbail"

Gələnlər - 2: Elvin Yunuszadə ("Sabah"), Aleksandr Rıbka ("Afyonspor", Türkiyə)

Gedənlər - 2: Emil Balayev ("Tobol, Qazaxıstan), Edqar Paçeko

Müqavilə müddətini artıran: Yoxdur

"Sabah"

Gələnlər - 4: Rəşad Eyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ"), Coşqun Diniyev ("Qarabağ"), Əmirhüseyn Nəcəfi (klubsuz)

Gedənlər - 7: Vitali Kvaşuk ("Qomel", Belarus), Əlibəy Məmmədli ("Neftçi-2"), Elvin Bədəlov, Aydın Bayramov ("Sumqayıt"), Tural Qürbətov ("Şüvəlan"), Ülvi İbazadə ("Neftçi-2"), Elvin Yunuszadə ("Səbail"),

Müqavilə müddətini artıran: Yoxdur

"Qəbələ"

Gələnlər - 2: Anar Nəzirov ("Zirə"), Davit Volkovi ("Saburtalo", Gürcüstan)

Gedənlər - 3: Təmkin Xəlilzadə ("Sabah"), Aqil Məmmədov ("Neftçi"), Hacıağa Hacılı ("Qarabağ")

Müqavilə müddətini artıran: Yoxdur

"Sumqayıt"

Gələnlər - 6: Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah"), Peyman Babayi ("Maşinsazi", İran - icarə), Peyman Keşavarz ("Qostareş Fulad", İran), Əmir Ağayev ("Makkabi" Təl-Əviv, İsrail)

Gedənlər - 3: Bəxtiyar Həsənalızadə ("Zirə"), Orxan Sadıqlı ("Keşlə" - icarə müddəti bitdiyi üçün), Orxan Əliyev

Müqavilə müddətini artıran: Yoxdur

"Keşlə"

Gələnlər - 5: Orxan Sadıqlı ("Sumqayıt" - icarədən qayıdıb), Vüsal İsgəndərli ("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan), Valeri Kutsenko ("Sperantsa", Moldova), Luis Anxelo Pena ("Mineros", Venesuela)

Gedənlər - 8: Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev ("Şüvəlan"), Orxan Sadıqlı ("Zirə"), Diallo Quydileye

Müqavilə müddətini artıran: Yoxdur

"Zirə"

Gələnlər - 6: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə"), Mfo Kqasvane ("Baroka", CAR), İsmail Fofana ("Voyvodina", Serbiya), Xulio Sezar Rodriqez Ximenes ("Deportivo Kapiata", Paraqvay), Robin Nqalande ("Baroka", CAR)

Gedənlər - 3: Adil Nağıyev ("Sumqayıt"), Vüsal İsgəndərli ("Keşlə"), Anar Nəzirov ("Qəbələ")

Müqavilə müddətini artıran: Yoxdur

Şərh yazın