Azərbaycanda qeyri-iş günlərinin sayı artdı
26.03.2020

Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabineti qərar verib.

Visiontv.az Trend-ə istinadən bildirir ki, qərarda deyilir:

"Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.

Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun".

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı

Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.