Azərbaycanda ötən il 2 mindən çox avtomobil yığılıb
19.01.2022

Ötən il Azərbaycanda 2 043 vahid minik avtomobili istehsal olunub.

Visiontv.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci illə müqayisədə 4,8% çoxdur.

Təkcə dekabr ayında 51 vahid avtomobil buraxılıb ki, bu da noyabr ayı ilə müqayisədə 2,5 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvarın 1-nə hazır avtomobil ehtiyatı 340 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. 2020-ci ildə minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.