Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb. Visiontv.az bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bildirilib ki, martın 3-ü ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 272 nəfər vaksinasiya olunub.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337 315 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.