Azərbaycanda koronavirusa görə 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb
01.04.2020

Ötən müddət ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Visiontv.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.