"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim saxlanılıb? - RƏSMİ AÇIQLAMA
24.02.2020

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan şəxs müəyyənləşib.

Visiontv.az xəbər verir ki, xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o, zarafat etdiyini deyib. Ona məsuliyyəti xatırladılaraq xəbərdarlıq edilib və sərbəst buraxılıb. 

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan səs yazısına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Whatsapp” sosial şəbəkəsində yayılan səs yazısı ilə bağlı araşdırma aparılır:

“DİN tərəfindən Mərkəzi Klinik Xəstəxanada koronavirusa görə xəstələrin olması ilə bağlı yanlış məlumatlar yayanlara qarşı tədbirlər görülür”.

E.Zahidov bildirib ki, hələlik bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan yoxdur.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Mərkəzi Klinik Xəstəxanada koronavirusa görə xəstələrin olması ilə bağlı məlumat yayılıb.

İddialara görə, həmin şəxs bir həkim olub və hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ona xəbərdarlıq edilib.

BAKU.WS