Azərbaycanda fəaliyyət göstərən kabel operatorları üçün yeni tələb müəyyənləşib - QƏRAR
11.12.2019

Azərbaycanda fəaliyyət göstərən kabel operatorları üçün yeni tələb müəyyənləşib.

Visiontv.az-ın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə Azərbaycan ərazisində fəaliyyət göstərən kabel operatorları (internet, efir-kabel, peyk) tərəfindən öz şəbəkələrində Azərbaycan telekanallarının yayımının həyata keçirilməsi təmin edilməlidir.

Qərarı MTRŞ sədri Nuşirəvan Məhərrəmli imzalayıb.