Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü
06.07.2020

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Visiontv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib.

8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.